menecment konsaltinq alyansı


UBM GroupVK Premium Business Consultants və T&I Consultancy Alyansı müştərilərinin ən kritik ehtiyac, problemlər və imkanlarına diqqət yetirərək, idarəetmə, biznes və marketinq konsaltinq xidmətlərini göstərir. Biz şirkətin fəaliyyətinin optimallaşdırılmasını hədəfləyən 360C tam həlli yollarını təqdim etməklə dəyər qazandırırıq. Biz bütün sahələr və ərazilər üzrə proses və keyfiyyət idarəetməsi, biznesin optimallaşdırılması, transformasiya və strateji inkişaf, texnologiya və əməliyyatlar, qabaqcıl analitik, birləşmə və satınalmalar, davamlılıq, marketinq, kommunikasiyalar və nüfuzun idarə edilməsi kimi xidmətlər təklif edirik. Peşəkar məsləhətçilər və əməliyyatlar üzrə mütəxəsisslər qrupu olaraq, hər hansı bir təşkilatın özəyi və sərhədləri çərçivəsində olan  dəyərləri əsas tutaraq, dərin funksional ekspertiza və perspektivlər yaradırıq. Bizim Alyans müştərilərə böhran dövründə istənilən vəziyyətə hazır olmaq, böhrandan uğurla çıxmaq üçün optimal əməliyyat və fəaliyyətin idarə olunması dəstəyini verir. Aşağıdakı siyahıda xidmətlərimizlə tanış ola bilərsiniz:

– Strategiya
– Fəaliyyətin təkmilləşdirilməsi
– Təşkilatçılıq
– Biznes Kəşfiyyat Ekspertizası
– Birləşmə və Əldəetmə
– Davamlılıq
– Nəticələrin çatdırılması
– Marketinq və satış
– Menecment Məlumat Sistemi (MIS)
– Kommunikasiya və İctimai Əlaqələr
– Maliyyə mənbələrinin təşkili
– Sahələr üzrə və rəqəmsal inteqrasiya