uğur üçün ubm group-la bəzə

UBM Group Avropa Oyunları üçün dəyəri milyonlarla dollar məbləğində olan, bundan dəfələrlə çox da önəm kəsb edən işi – şəhərin və idman obyektlərinin görünüşünün hazırlanması üzrə bütün idarəetməni həyata keçirmək hüququ qazanmışdı.

İlk təəssürat çox önəmlidir və şəhər idman tədbirinə ev sahibliyi edən zaman gələn qonaqlar, hava limanına ayaq basan andaca Oyunların ab-havasına uyğun bəzədilmiş şəhərin sayəsində  ilk təəssüratı yaşadılar. Bakı 2015 Avropa Oyunları çoxsaylı idman obyektlərinin birləşdiyi qruplar, gərgin iş cədvəli və dolu oyun sahələrindən ibarət mürəkkəb layihə idi. UBM Group miqyasın müəyyənləşdirilməsi və qiymətləndirmədən tutmuş istehsal, quraşdırma və sökülməyə qədər bütün məsələləri əhatə edən layihəyə cavabdeh idi.