ubm group «the business year» jurnalının mükafatına layiq görüldü

Çərşənbə günü, 25 may 2016-cı il tarixində Bakının Four Seasons otelində “The Business Year” jurnalının Azərbaycana həsr olunan xüsusi buraxılışının (“The Business Year-Azerbaijan 2016”) təqdimat mərasimi keçirildi. Tədbir çərçivəsində “The Business Year” jurnalının təsis etdiyi “İlin birincisi” mükafatının təqdimetmə mərasimi də keçirildi.

“The Business Year” nəşri müxtəlif sahələrdə böyük uğurlar əldə etmiş rəsmi şəxslər, kommersiya və qeyri-hökumət strukturları üçün dünyada “İlin birincisi” mükafatını təsis etmişdir. Bu il nəşrin ekspertləri tərəfindən “İlin Adamı”, “İlin İcra Başçısı”, “İlin Korporativ İdarəetmə Modeli” və digər müxtəlif sahələr üzrə 10 şəxs “İlin birincisi” seçilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “2015-ci ildə Dünyada İlin Adamı” nominasiyası üzrə mükafata layiq görüldü. Dövlət başçısının Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, transmilli “Cənub” qaz dəhlizi layihəsinin hazırlanmasında, beynəlxalq əhəmiyyət daşıyan Bakı 2015 l Avropa Oyunlarının ən yüksək səviyyədə keçirilməsində aparıcı rolu xüsusi vurğulanıb.

Birinci Avropa Oyunları ilə bağlı informasiya mübadiləsi, kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr üzrə strategiyanın işlənib hazırlanması və həyata keçirilməsində səmərəli fəaliyyətinə görə United Business Media Group (UBM Group) şirkətinin  təsisçisi xanım Ülviyyə Mir-Qasımova “Kütləvi informasiya vasitələri ilə əlaqələr üzrə ilin adamı” mükafatına layiq görülüb.