ubm groupun sayt dizaynı üçün ən yüksək sənaye mükafatı

Ən önəmli və ən çox təsirə malik veb səhifəlar üzrə jürilərindən biri AWWWARDS mayın 30-da “Alovun Səyahəti” veb səhifəsini  (www.flame.baku2015.com) “Günün ən yaxşı internet səhifəsi” nominasiyası ilə mükafatlandırdı.

“Alovun Səyahəti” internet səhifəsi UBM Group tərəfindən OpenGL  proqramında yığılıb və dizayn olunub. Səhifə, dünyanın müxtəlif yerlərindəki tamaşaçı kütləsinin Avropa Oyunlarının rəsmi alovu ilə bağlanmasına şərait yaratdı və Oyunlara qədər Azərbaycan boyunca öz şücaətli estafetini davam etdirdi.

“Alovun Səyahəti” veb səhifəsi eyni zamanda “Dünyanın ən yaxşı 356 internet səhifəsi” adlı illik kitaba da daxil ediləcək.
http://www.awwwards.com/web-design-awards/baku-2015-follow-the-flame
http://book.awwwards.com/