ubm group–un rəhbəri ali media mükafatı ilə təltif olundu

Bu gün iyulun 22-də, milli mətbuatın yaranmasının 140 illik yubileyinə həsr olunmuş mərasim zamanı United Business Media Groupunun (UBM Group) baş icraçı direktoru Ülviyyə xanım Mir-Qasımova Ali Media Mükafatı ilə təltif olundu.

Son zamanlara qədər, Ülviyyə xanımın başçılığı ilə UBM Group Bakı 2015 Birinci Avropa Oyunlarının tərəfdaşı qismində çıxış etmişdir.  UBM Group tərəfindən göstərilən geniş xidmətlər çərçivəsində, onlar həmçinin yerli və xarici mətbuat ilə birbaşa işləyirdilər.

Ali Media Mükafatı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sponsorluğu ilə Azərbaycanda jurnalistikanın inkişafı sahəsində çoxillik xidmətləri olan, səmərəli fəaliyyət göstərən, medianın problemlərinin həllində təşəbbüskarlığı və təşkilatçılığı ilə fərqlənən şəxslərə, KİV-lərə, ayrı-ayrı qurumlara verilir. Birinci dərəcə üzrə təltif olunan şəxslərə 5000 manat, ikinci dərəcə üzrə 2000 manat, üçüncü dərəcə üzrə isə 1000 manat pul mükafatı təqdim olunur.

Bu il Mətbuat Şurası Ali Media Mükafatının təqdimatında bir qədər fərqliliyə yol vermişdir. Bu fərqlilik, mükafatın xüsusi dərəcəsinin təqdimatının Azərbaycanın taleyində çox mühüm hadisə kimi yadda qalan İlk Avropa Oyunları ilə bağlı olmasıdır. Belə ki, Oyunların təşkilində yaxından iştirakına, böyük əmək sərf etdiyinə  görə “UBM Group” şirkətinin rəhbəri Ülviyyə xanım Mir-Qasımova Ali Media Mükafatının xüsusi dərəcəsi ilə təltif olundu.

Dövlət və ictimai orqanların, Mətbuat Şurası və media nümayəndələrinin, eləcə də fəxri jurnalistlərin qatıldığı təltifetmə mərasimi 300 qonağın iştirakı ilə “Gülüstan” sarayında keçirildi. Azərbaycanın aparıcı banklarından biri olan Paşa bank bütün təltif olunan laureatlara öz adından hədiyyələr təqdim etdi. Bu il Paşa bank Azərbaycanın milli maraqlarının təbliği sahəsində əldə edilmiş nailiyyətlərə görə xüsusi mükafat təsis etdi və Azərbaycan Respublikasının Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənova təqdim etdi.

Azərbaycanın ilk mobil operatoru olan Bakcell, bu il də öz ənənələrinə sadiq qalaraq, milli mətbuatın 140 illik yubileyi günündə ən fəal və öz işlərində fədakar olan media və dövlət orqanlarının mətbuat xidmətləri rəhbərlərini  təltif etmişdir.

Hökumətin, xüsusən də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin jurnalistikaya göstərdiyi diqqəti yüksək qiymətləndirən Ülviyyə Mir-Qasımova bunları bildirdi: “Bu mükafat bizim üçün dəyərsizdir və dövlətin şirkətimizə olan etimadını nümayiş etdirir. Biz, illərdir ki, media ilə əməkdaşlıq edirik və kommunikasiya məsələləri və ictimai əlaqələr, marketinq və brendinq, reklam və merçendayzinq, tədbirlərin təşkili və layihələrin idarə olunması sahələri üzrə xidmətlər təmin edirik.

Biz fəxr edirik ki, UBM Group milli jurnalistikanın inkişafında rol oynayır. UBM Group milli mətbuatın 140 illik yubileyinin rəsmi tərəfdaşı olmaq şərəfinə nail olan ilk özəl şirkətdir.İcazə verin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənova bizə göstərdiyi etimada görə təşəkkürümü bildirim.”

Rəhbəri Ülviyyə Mir-Qasımovanın təmsil etdiyi UBM Group-un təltif olunduğu Ali Media Mükafatının unikallığı ondan ibarətdir ki, tarixdə ilk dəfə olaraq fərdi şəxs yox, məhz şirkət bu mükafata layiq görülmüşdür.

Tədbirin rəsmi tərəfdaşı olan UBM Group “I Avropa Oyunlarını ən geniş və dolğun işıqlandıran KİV” müsabiqəsinin qaliblərinə hədiyyələr təqdim edib.