ubm group şirkəti “baltika-bakı” şirkətinin rəsmi tərəfdaşı elan edildi

UBM Group şirkəti Rusiya pivə istehsalı şirkəti olan “Baltika”nın Azərbaycan nümayəndəliyi ilə əməkdaşlığa başladığını məmnuniyyətlə elan edir. Əməkdaşlıq çərçivəsində, UBM Group tərəfdaşı “Baltika-Bakı” şirkətinə piar və kommunikasiyalar, eləcə də tədbirlərin təşkili sahəsində eksklüziv olaraq xidmətlər göstərəcək.

UBM Group (United Bizness Media Group – Birləşmiş Biznes Media Qrupu) – dövlət və özəl sektordan olan yerli və xarici qurumlara, ictimai strukturlara, həmçinin qeyri-kommersiya təşkilatlarına peşəkar səviyyədə xidmət göstərərək bazarda 18 ildən çox  təcrübəyə malik özəl şirkətdir.

Şirkətin fəaliyyətinin əsasında innovasiyalar, daimi yeniliklər, risklərin vaxtında təhlili, təqdim edilən xidmətlərin monitorinq və qiymətləndirilməsi dayanır. Bu illər ərzində səmərəli fəaliyyətinə, eləcə də Bakı-2015, Birinci Avropa Oyunlarının təşkili və keçirilməsinə uğurlu töhfəsinə görə, şirkət Azərbaycan dövləti tərəfindən yüksək qiymətə layiq görülüb.

UBM Group 2016-cı ildə “Baltika-Bakı” şirkətinin və onun brendlərinin imicinin təşviqatını gücləndirmək üçün tenderin qalibi olub. UBM Group “Baltika-Bakı” şirkəti ilə əməkdaşlığın səmərəli olacağına ümid edir.

UBM Group “Baltika-Bakı” şirkətinin ictimaiyyətlə əlaqələr, kommunikasiyalar və tədbirlərin təşkili və idarəolunması üzrə rəsmi ekskluziv tərəfdaşıdır. Azərbaycanda olduğu kimi, onun sərhədlərindən kənarda da UBM Group layihələrin idarə edilməsi, kommunikasiya xidmətlərinin göstərilməsi, marketinq, dizayn, layihə menecmenti, imicin formalaşdırılması, tədbirlərin təşkili, media ilə iş, bütün növ reklamlar, merçendayzinq, veb-səhifələrin və sosial şəbəkələrin yaradılması, idarə edilməsi, monitorinqi və təhlili sahəsində uğurla fəaliyyət göstərir. Ölkədə ən böyük imkanlar bazaya malik olmaqla, UBM Group qarşıya qoyulan tapşırığın qısa müddətdə və ən yüksək səviyyədə, optimal, dəqiq və səmərəli yerinə yetirilməsini təmin edir. Bakı 2015, Birinci Avropa Oyunlarının tərəfdaşı və bir sıra xidmətlərin göstərilməsində Oyunların ekslüziv təchizatçısı olan UBM Group haqqında daha ətraflı www.ubmg.az veb səhifəsindən əldə etmək olar.

“Baltika-Bakı” pivə zavodu Azərbaycan paytaxtının 20 kilometrliyində, Xırdalan şəhərində yerləşir. “Carlsberg Group”un bir hissəsi olan “Baltika” pivə istehsalı şirkəti 2008-ci ildə zavodu alıb və yenidən qurduqdan sonra, 2009-cu ilin may ayında istifadəyə verib. Zavodun illik istehsal gücü 10 milyon dekalitrdir. “Baltika-Bakı”nın büdcəyə illik köçürmələri 20 milyon manatdan artıqdır. Zavodun inkişafı üçün şirkətin ümumi investisiyası 40 milyon manatdan çoxdur. “Baltika-Bakı” məhsullarının Azərbaycan bazarında çəkisi 70%-dən yuxarıdır (2014-cü il). Şirkət Xırdalan®, Tuborg®, Baltika7®, Baltika0®, Baltika9®Xırdalan Draft®, Kuler®, Əfsanə®, Jiqulevskoe firmennoe® kimi brendli pivələr istehsal edir.

“Baltika” pivə şirkəti ASC Rusiyanın ən nəhəng xalq tələbatı malları istehsalçılarından biri olaraq, “Carlsberg Group”un bir hissəsidir və 1996-cı ildən Rusiya pivə bazarında №1-dir. “Baltika”nın Rusiyada geniş brendlər portfelinə malik 8 zavodu var. “Baltika” pivə istehsalı şirkəti Rusiya pivəsinin aparıcı ixracatçısıdır: “Baltika” məhsulları dünyanın 75-dən çox ölkəsinə göndərilir və bütün Rusiya pivəsi ixracından əldə edilən gəlirin 50%-dən çoxu şirkətin payına düşür.