ubm group avropa oyunları mərasimlərinin təşkilində aparıcı rol oynayır

Ötən ay keçirilən Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə edilən ən incə, lakin bir o qədər də yaddaqalan toxunuşlardan biri də idmançıların paradı zamanı iştirak edən qızların gözoxşayan kostyumları oldu. Bütün bu bacarıqlı şəxslər Azərbaycan vətəndaşlarından seçilib və onların təlimatlandırılması, idarə olunması, kostyum dizaynı yerli şirkət UBM Group  tərəfindən həyata keçirilib.

Ayrı-ayrı ölkələrin təqdimatını edən qızların kostyumlarının hazırlanması xüsusilə çətin tapşırıq idi. İdmançıların paradı çoxnövlü idman oyunların mərasimlərinin ən əsas elementlərindən biri olmaqla yanaşı, eyni  zamanda vaxt aparan prosesdir və komandalar səhnəyə çıxanadək tamaşaçıların diqqətini cəlb edəcək digər məqamların təqdim olunması lazımdır.

UBM Group Azərbaycanın Şərq köklərinə əsaslanan dəbli və müasir kostyumlar hazırladı. Baş üzərindən taxılan bu geyim sayəsində ölkələrin adlarının əldə tutulmasına ehtiyac qalmadı.

Bayraqları tutan şəxslər də UBM Group tərəfindən seçilmiş və işə götürülmüşdü.