protokol və qonaq qarşılamada ubm group üçün mühüm əhəmiyyət kəsb edən vəzifə

Avropa Oyunlarının hazırlıq işlərinə cəmi iki il vaxt ayrıldığı üçün UBM Groupun VIP qonaq otaqları və qonaqların qarşılanması məsələlərində itirəcək vaxtı yox idi. Protokol, bütün 19 yarış və qeyri-yarış obyektindəki VIP qonaq otaqlarının brendləşdirmə, tərtibat və qonaqpərvərlik xidmətlərinin səviyyəsinin lazımi qaydada olmasını tələb edirdi.
UBM Group şirkəti qonaqpərvərlik sahəsində effektivlik, peşəkarlıq və bacarıq nümayiş etdirdi. Belə ki, şirkətin rəhbərliyi altında bu qonaq otaqları yüksək zövqlə brendləşdirilmiş, yenidən bəzədilmiş və yüksək səviyyəli xidmətlə təchiz olunmuşdu.

Qonaqpərvərlik və protokol UBM Groupun yüksək bacarıq nümayiş etdirdiyi sahələrdən biridir.