prezident ilham əliyev ubm group-un rəhbərini təltif etdi

United Business Media Group (UBM Group) şirkətinin baş icraçı direktoru Ülviyyə Mir-Qasımova ilk Avropa Oyunlarının həyata keçirilməsi və müvəffəqiyyətlə təşkil olunmasında göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Fəxri Diplomla təltif olunan şəxslərin sıyahısında yer aldı.

Prezident İlham Əliyev ilk Avropa Oyunlarının bağlanış mərasiminin ardınca iyunun 29-da fəxri diplomları təqdim etdi. Bu önəmli mükafat, Ülviyyə Mir-Qasımova və UBM Group komandasının mərasimlər, marketinq, ictimai əlaqələr və kommunikasiya, protokol və idman yarışlarının təşkili də daxil olmaqla bir sıra sahələr üzrə göstərdiyi xidmətlərə rəsmi şəkildə verilən qiymətdir.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin layiqli və yüksək səviyyədə nəticə göstərmiş yeddi əməkdaşı da bu mükafatla təltif olundular.