olimpiya ailəsi ubm groupla birlikdə qədəh qaldırır

İdman yarışları başa çatdıqdan sonra hər günün sonunda istənilən çoxnövlü idman tədbirlərinə xas xüsusiyyət rəsmi qonaqpərvərlik klubuna olan biletdir.

Bakı 2015 Avropa Oyunları zamanı rəsmi qonaqpərvərlik mərkəzi kimi fəaliyyət göstərən Avropa Qonaqpərvərlik Klubu bu sahədəki bütün rəqiblərinə qarşı güclü mövqe tutdu. Dövlət başçıları, Olimpiya ailəsinin üzvləri, yüksək vəzifəli şəxslər, nazirlər və digər VIP qonaqlar UBM Groupun ev sahibliyi ilə burada birinci Avropa Oyunlarının uğurunu qeyd etdilər.

Qida təchizatı və protokoldan brendləşdirmə, dizayn, əyləncə və akreditasiya məsələlərinə qədər bütünlükdə qonaqpərvərlik klubuna cavabdeh olan UBM Group şirkəti qonaqların Azərbaycanın istiqanlı qonaqpərvərliyinin nə ilə nəticələndiyini anlamasına şərait yaratdı.