baltika bakı

UBM Group şirkəti Rusiya pivə istehsalı şirkəti olan “Baltika”nın Azərbaycan nümayəndəliyi ilə əməkdaşlığa başladığını məmnuniyyətlə elan edir. Əməkdaşlıq çərçivəsində, UBM Group tərəfdaşı “Baltika-Bakı” şirkətinə piar və kommunikasiyalar, eləcə də tədbirlərin təşkili sahəsində eksklüziv olaraq xidmətlər göstərəcək.

UBM Group “Baltika-Bakı” şirkətinin ictimaiyyətlə əlaqələr, kommunikasiyalar və tədbirlərin təşkili və idarəolunması üzrə rəsmi ekskluziv tərəfdaşıdır. Azərbaycanda olduğu kimi, onun sərhədlərindən kənarda da UBM Group layihələrin idarə edilməsi, kommunikasiya xidmətlərinin göstərilməsi, marketinq, dizayn, layihə menecmenti, imicin formalaşdırılması, tədbirlərin təşkili, media ilə iş, bütün növ reklamlar, merçendayzinq, veb-səhifələrin və sosial şəbəkələrin yaradılması, idarə edilməsi, monitorinqi və təhlili sahəsində uğurla fəaliyyət göstərir. UBM Group 2016-cı ildə “Baltika-Bakı” şirkətinin və onun brendlərinin imicinin təşviqatını gücləndirmək üçün tenderin qalibi olub. UBM Group “Baltika-Bakı” şirkəti ilə əməkdaşlığın səmərəli olacağına ümid edir.