biz kimik

tarix

UBM Group – Azərbaycanda və onun hüdudlarından kənarda layihələrin idarə olunması və kommunikasiya xidmətlərinin, marketinq və brendinq, ictimai əlaqələrin idarə edilməsi və imicin yaradılması, tədbirlərin təşkili, mətbuatla əlaqələr, hər növ reklam, merçendayzinq xidmətlərinin təmin edilməsi, internet səhifələrin, sosial şəbəkələrin, onlayn  proqramların tərtib olunması, idarəetməsi, yoxlanılması və analizi sahələrində on səkkiz ildən çoxdur ki, uğurla fəaliyyət göstərən  şirkətdir.

vəzifə

Bizim məqsədimiz layihələrin həyata keçirilməsi məqsədilə müştəri ilə birgə işləmək, müəyyən olunmuş vaxt çərçivəsində xidmətin təmin olunması, 24/7 rejiminə əsasən kompleks tədbirlərin görülməsi, müştərinin imkanlarının optimallaşdırılması və gözlənilən nəticənin əldə olunmasına zəmanət verməkdir. Ölkənin ən geniş həcmli ehtiyatlarına çıxışı olan şirkət kimi ən qısa zamanda və ən yüksək səviyyədə məsələlərin ən optimal, dəqiq və səmərəli həllini təmin edirik.

məqsəd

Bizim yanaşmamızın məğzini innovasiya, davamlı inkişaf, risklərin vaxtında təhlili, monitorinq və təmin edilmiş xidmətin keyfiyyətinin qiymətləndirilməsi, müştəriyə vaxtlı-vaxtında hesabat verilməsi və fors major hallara hazır olmaq təşkil edir. Biz, müştərilərimizə öz məqsədlərinə nail olmalarına kömək etməklə layihələrin təşkilinə başlayırıq və sona qədər icra edirik.