azərbaycan xalqı 26-cı dəfə öz şəhidlərini yad edir

Ürəyində vətən sevgisi olan hər bir Azərbaycanlı xalqımıza qarşı törədilmiş bu cinayətlə bağlı əsl həqiqətləri bütün dünyaya yaymağa çalışır.

Bu işdə UBM Group şirkəti də öz töhfəsini vermək, şəhidlərimizin ruhu qarşısında öz vətənpərvərlik borcunu yerinə yetirmək üçün ilk dəfə müasir təbliğat vasitələrindən istifadə etməklə, daha geniş coğrafiyaya Azərbaycan həqiqətlərinin çatdırılmasına başlayıb.

Qətlə yetirilən günahsiz insanların əziz xatirəsinə ehtiram əlaməti olaraq, UBM Group bu layihəni korporativ sosial məsuliyyət proqramı çərçivəsində, tarixi həqiqətlərin dünyaya çatdırılmasına öz töhfəsini vermək məqsədilə həyata keçirir.

UBM Group Facebook, Twitter, Instagram və YouTube sosial şəbəkələrdə Remember victims of 20 January “20 Yanvar şəhidlərini unutma!” adlı səhifə yaradaraq, fəal təbliğat kampaniyasına start verib.

Bunun üçün şirkət tərəfindən xüsusi hazırlanmış posterlər, rəsm əsərləri və video kadrlar həmin səhifədə yerləşdirilib. Bu təbliğat metarialları 5 dildə – İngilis, Fransız, Alman, Rus və Azərbaycan dillərində hazırlanıb.

UBM Group hər bir həmvətənimizi bu işdə fəal iştirak etməyə dəvət edir. Gəlin tariximizi unutmayaq, undulmasına da imkan verməyək. Xalqımızın qan yaddaşına yazılmış 20 Yanvar hadisələrini daha yüksək səslə bütün dünyaya car çəkək.

Şərhlər, xəbərlər, bəyənmələr, paylaşmalar, qeydlər və təşviqat üçün bu linklərdən istfadə etməyinizi xahiş edirik:

https://www.instagram.com/remember_victims_of_20_january/

https://twitter.com/20_January_

https://www.youtube.com/channel/UCwKa3w-dYd9s3XTWn0TOO3w

Həm ölkəmizdə, həm də dünyanın hər bir regionunda yaşayan soydaşlarımızı bizim paylaşdığımız təbliğat materiallarından istifadə etməklə, sosial şəbəkələrdə, mediada və səsimizin duyulduğu hər bir ölkədə təbliğatı gücləndirməyə dəvət edirik.