31 mart – azərbaycanlıların soyqırımı günüdür

İl boyu bəzi təqvim günləri xalqımız üçün qara hərflərlə yazılan tarixi faciələr, soyqırımlarla xatırlanır. Belə günlərdən biri də hər il Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilən 31 martdır.

1918-ci il martın 30-dan 31-nə keçən gecə ermənilərin törətdiyi soyqırım nəticəsində, təkcə Bakıda 11 minə yaxın dinc sakin, o cümlədən, qadın, uşaq və yaşlı insanlar vəhşicəsinə öldürülüb. Qanlı hadisələr bir neçə gün davam edib. Martın 31-dən başlanaraq, aprelin 2-dək erməni daşnak və bolşevik dəstələri minlərlə azərbaycanlını öldürüb, çox sayda evləri, məscidləri yandırıblar, əhalinin əmlakını müsadirə ediblər.

Azərbaycanlılara qarşı soyqırım təkcə Bakıda deyil, ondan kənarda, ayrı-ayrı rayonlarda da törədilib. Belə ki, martın 31-də Şamaxı qəzasında erməni daşnakları ümumilikdə16 mindən çox azərbaycanlını, Quba kəndlərində isə 2 mindən çox günahsız insanı öldürüblər. Bundan başqa, onlar Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Muğanda və Dağlıq Qarabağda yüzlərlə kəndi yandırıblar. Daşnakların qəddar hərəkətləri nəticəsində on minlərlə günahsız azərbaycanlı vəhşicəsinə qətlə yetirilib.

Prezident Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamına əsasən, hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Bütün dünyada bu münasibətlə müxtəlif tədbirlər, konfranslar, anım mərasimləri keçirilir.

Xaqlmızın qan yaddaşını dünya ictimaiyyətinə çatdırmaq missiyasını davam etdirən UBM Group soyqırım həqiqətlərini geniş coğrafiyada yaymağı qarşısına məqsəd qoyub.

Korporativ sosial məsuliyyət proqramı çərçivəsində ardıcıl layihələr həyata keçən UBM Group bu ilin əvvəlindən 20 Yanvar hadisələri və Xocalı soyqırımı ərəfəsində bütün sosial şəbəkələr və digər resurslar vasitəsilə geniş təbliğat işləri aparıb.

UBM Group artıq Facebook, Twitter, Instagram və YouTube sosial şəbəkələrdə Armenian Terror adlı səhifə yaradaraq, 31 mart – Azərbaycanlıların Soyqırımı Gününün fəal təbliğat kampaniyasına start verib.

Bunun üçün şirkət tərəfindən xüsusi hazırlanmış posterlər, rəsm əsərləri və video kadrlar həmin səhifədə yerləşdirilib. Bu təbliğat materialları bütün dünyanı əhatə etməklə 5 dildə – İngilis, Rus, Alman, Fransız və Azərbaycan dillərində hazırlanıb.

UBM Group hər bir həmvətənimizi bu işdə fəal iştirak etməyə dəvət edir. Gəlin tariximizi unutmayaq, undulmasına da imkan verməyək. Xalqımızın qan yaddaşına yazılmış soyqırımı hadisələrini daha yüksək səslə bütün dünyaya car çəkək.

Şərhlər, xəbərlər, bəyənmələr, paylaşmalar, qeydlər və təşviqat üçün aşağıda qeyd olunmuş linklər və #armenianterror #31marchgenocide həştəqlərindən istifadə etməyinizi xahiş edirik:
https://www.facebook.com/armenianterror/
https://twitter.com/armenianterror_/
https://www.instagram.com/armenian_terror/
https://www.youtube.com/channel/UCPw6RiumvfoSK7bNGDwB3Ew/

Həm ölkəmizdə, həm də dünyanın hər bir regionunda yaşayan soydaşlarımızı bizim paylaşdığımız təbliğat materiallarından istifadə etməklə, sosial şəbəkələrdə, mediada və səsimizin duyulduğu hər bir ölkədə təbliğatı gücləndirməyə dəvət edirik.